
Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazandı
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.
Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



