
Azərbaycan klubunun şikayəti təmin olunmadı
Azərbaycanın 2-ci Liqa təmsilçisi “Kür-Araz”ın oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı 2-ci turda “Göygöl”lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.
“Göygöl” və “Kür-Araz” arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə Məmmədov 4 oyun cəzalanıb. “Kür-Araz” isə 1000 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



