
Azərbaycan klubu loqosunu dəyişdi
Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin, loqosunu dəyişib.
Komanda.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.
Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.
Klub həmçinin, yeni mövsümə yeni loqo ilə start verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



