Azərbaycan klubu daha bir serbiyalı futbolçunun transferini açıqladı
Birinci Liqada çıxış edəcək “Baku Sportinq” daha bir legioneri transfer edib.
Komanda.az xəbər verir ki, paytaxt klubu 23 yaşlı serbiyalı Uroş Jemoviçlə anlaşıb. Hücumçu ilə bir illik müqavilə imzalanıb.
Jemoviçin son komandası Serbiyanın “Dunav Prohovo” klubu olub.
“Baku Sportinq” ondan əvvəl həmyerlisi Luka Stevanoviçi heyətinə qatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin