Azərbaycan klubu ÇL-ə məğlubiyyətlə başladı

Kişi voleybolçulardan ibarət “Azerreyl” klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” kollektivi ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab oyunu oktyabrın 29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button