Azərbaycan klubu Çelenc Kubokundakı ilk matçında uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda ilk matçını keçirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada “Styaua” kollektivinin qonağı olub.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button