Azərbaycan klubu bolqarıstanlı futbolçuya təklif göndərib

Son olaraq “Levski”də çıxış edən Martin Raynov Azərbaycan klubundan təklif alıb.

Komanda.az “Topsport”a istinadən xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi Azərbaycan klublarından birinin maraq dairəsində olub. Klub 28 yaşlı futbolçuya təklif də göndərib, lakin tərəflər arasında aparılan danışıqlar uğursuz olub.

Raynova təklif göndərən klubun “Neftçi” olduğu deyilir.

Futbolçunun yenidən “Levski”də çıxış edəcəyi ehtimal edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button