Tokio-2020: Rafael Ağayev italiyalıya uduzdu
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu – dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.
Ağayev görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan təmsilçisi yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə döyüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin