
Tokio-2020: Rafael Ağayev yarımfinalda – bürünc medal təmin olundu
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Ağayev vaxtından əvvəl yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.
O, qrupdakı sonuncu görüşünü italiyalı Luici Busaya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin