Rafael Ağayev finalda
Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.
Komanda.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da keçiriləcək finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin