Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, 22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) mübarizə aparan təmsilçimiz həlledici mərhələdə yerli idmançıya qalib gəlib.

28 ölkədən 1837 karateçinin qüvvəsini sınadığı turnirdə Azərbaycanı 67 idmançı təmsil edir. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa avqustun 24-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button