
Azərbaycan karateçisi Avstriyada ikinci oldu
Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya turnirində uğurlu çıxış edib.
Bu barədə Komanda.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, yarışın finalınadək irəliləyərək gümüş medal əldə edib.
Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



