Azərbaycan karateçilərindən Premyer Liqada üç medal

Azərbaycanın karateçiləri Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində üç bürünc medal qazanıblar.

Komanda.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə təmsilçilərimizdən Mədinə Sadıqova (55 kq), Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) öz döyüşlərində qalib gələrək üçüncü yeri tutublar.

Əminağa Quliyev (60 kq) isə məğlub olaraq beşinciliklə kifayətlənib.

Xatırladaq ki, bu bu gün həmçinin İrina Zaretska (68 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84) da “bürünc” uğrunda tatami üzərinə çıxacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button