Azərbaycan karateçilərindən DÇ-nin ilk günündə 3 medal

Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavı şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatının ilk günündə 3 medal qazanıb.

Komanda.az xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button