![](https://komanda.az/wp-content/uploads/2025/02/de495eda-a64c-3012-9477-e106be20c8b2_850-780x470.jpg)
Azərbaycan karateçilərindən AÇ-də 3 medal
Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında (WKF / idman karatesi) 3 medal qazanıb.
Komanda.az xəbər verir ki, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.
Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.
Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin