Azərbaycan – İsveçrə matçının hakimləri açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Rumıniyadan olan hakimlərə tapşırılıb.

Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button