Azərbaycan – İordaniya oyununun hakimləri məlum oldu
Bakıda Azərbaycan və İordaniya milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun təyinatları bəlli olub.
Komanda.az xəbər verir ki, oyun Türkiyədən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Arda Kardeşlerə yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.
Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya görüşü saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin