Azərbaycan – İngiltərə matçının hakimləri açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu oyunu Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.

“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

Martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Azərbaycan yığması bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button