Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

İdman nazirliyindən Komanda.az-a verilən məlumata görə, bədii gimnastika üzrə Azərbaycan yığması 255 xalla birinci pillədə qərarlaşıb.

Güllə atıcısı Ruslan Lunyov 220 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 170 xalla üçüncü sıradadır.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button