Azərbaycan idmançılarının iyun üçün reytinq cədvəli açıqlanıb
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.
Komanda.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 675 xalla birinci pillədə qərarlaşıb.
Bədii gimnast Zöhrə Ağamirov 495 xalla ikinci, Avropa və dünya çempionu olan cüdoçu Hidayət Heydərov 450 xalla üçüncüdür.
İdman gimnastı Nikita Simonov (430 xal), cüdoçu Yaşar Nəcəfov (370 xal), atlet Anna Skidan (360 xal), cüdoçular Elxan Hacıyev (350 xal), Zelim Kotsoyev (340 xal), Leyla Əliyeva (340 xal) və Rəşid Məmmədəliyev (305 xal) ilk “10-luğ”u tamamlayırlar.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq turnirlər öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.
Bizi Facebook-da izləyin