Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqustun 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Komanda.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 780 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

705 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Cüdoçu Zelim Kotsoyev isə 410 xalla üçüncü pillədə qərarlaşıb.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button