Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı bilindi
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı məlum olub.
Gənclər və İdman Nazirliyindən Komanda.az-a verilən məlumata görə, il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə, 837 medal qazanılıb.
Bu medallardan 270-i qızıl, 224-ü gümüş və 343-ü bürüncdür. Olimpiya növlərində 356 (116 qızıl, 101 gümüş, 139 bürünc) mükafat əldə olunub.
İdmançılarımız qeyri-olimpiya növlərində 384 (110 qızıl, 105 gümüş, 169 bürünc) dəfə fəxri kürsüyə qalxıb.
Paralıimpiyaçılar isə 97 medal qazanıblar. Onlar 44 qızıl, 18 gümüş və 35 bürünc medala sahib olublar.
2021-ci ildə 179-u qızıl, 147-si gümüş və 193-ü bürünc olmaqla, ümumilikdə, 519 medal qazanılıb.
Bizi Facebook-da izləyin