Azərbaycan idmançılarından Prezidentə müraciət
Azərbaycan idmançıları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Komanda.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!
İdman ictimaiyyəti adından Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal olunmuş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq .
Cari ilin 27 sentyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək qısa zaman müddətində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.
8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarı ilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.
Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər.
Biz daima Sizinləyik Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev!
Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan ordusu !
Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”.
Bizi Facebook-da izləyin