Azərbaycan idmançıları rekord sayda medal qazanıblar – 2024-cü ildə
Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.
Bu barədə Komanda.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.
Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.
Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin