Azərbaycan – Hollandiya matçının hakimləri bəlli oldu

19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil edilən Avropa çempionatının əsas mərhələsində Azərbaycan və Hollandiya yığmalarının iştirakı ilə martın 28-də keçiriləcək oyunun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, Sloveniyanın Podçetrtek İdman Sarayında keçiriləcək oyunu Damian Yaruçyeviç (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi ilk oyununu Kiprə qarşı keçirib və 1:7 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button