
Azərbaycan hakimləri yeni kateqoriyaya yüksəldi
Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.
Komanda.az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) iyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğruldan və görüşləri yüksək səviyyədə idarə edən Bəşir İsazadə və Həbib Nurulunun kateqoriyasını yüksəldib.
Gənc hakimlərimiz I kateqoriyalı hakim statusuna yiyələniblər. Bununla da bu kateqoriyaya sahib olan referilərimizin sayı 8-ə çatıb.
Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin