Azərbaycan hakimləri Avropa çempionatının oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

Komanda.az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya – Litva görüşünün hakimləri olacaqlar.

Oyun oktyabrın 16-da Belqrad şəhərindəki “Voydovaç” İdman Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button