Azərbaycan güləşçisi Tiranada çempion oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verir ki, mayın 12-də start götürən yarış 4 gün davam edib.

Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmanın 2 üzvü, uzun müddət zədə üzündən yarışlarda iştirak edə bilməyən Hacımurad Hacıyevlə (74 kq) Vaxit Qalayev (125 kq) təmsil edib.

Hacıyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalayev isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button