Azərbaycan güləşçisi erməniyə qalib gəldi

Yunan-Roma güləşi üzrə Romada keçirilən dünya çempionatında Azərbaycan güləşçisi Sənan Süleymanov ilk görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 77 kq dərəcəsində mübarizə aparan Süleymanov Bolqarıstan idmançısı Aik Mnatsakanyanla qarşılaşıb. Erməni əsilli idmançını 5:3 hesabı ilə məğlub edən Sənan turnirin 1/8 final mərhələsinə yüksəlib.

Yunan-Roma güləşi üzrə digər təmsilçimiz İslam Abbasov (87 kq) da ilk görüşündə qalib gəlib. O, Belarus idmançısı Kiril Maskeviçi məğlub edib. Bu gün isə Eldəniz Əzizli (55 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button