Azərbaycan güləşçisi DÇ-də bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.

Komanda.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançının 1/8 finalda uduzduğu iranlı Poya Dad Marz finala yüksəldiyindən o, bürünc medal qazanmaq şansını saxlayıb. Quluzadənin rəqibi özbəkistanlı İxtiyar Botirov olacaq.

Dünya çempionatında bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan 4-ü – Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla vidalaşıb.

55 kq
1/8 final: Nihad Quluzadə – Poya Dad Marz (İran) 1:1*
Təsəlliverici görüş: Nihad Quluzadə – İxtiyar Botirov (Özbəkistan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button