Azərbaycan güləşçisi Dağıstandan bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, üç gün davam edən ənənəvi yarışda Azərbaycan millisinin üzvləri də iştirak edib.

Memorialda gənc güləşçimiz Əbülfəz Nəsirov (61 kq) fərqlənib. Pəhləvanımız bürünc medala sahib çıxıb. İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) isə 5-ci yerlə kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button