
Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.
Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.
Təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin