Azərbaycan güləşçisi Bakıdakı turnirə qələbə ilə başlayıb
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.
Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.
Bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin