Azərbaycan güləşçilərindən Bolqarıstanda ilk 2 medal

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turniri keçirilir.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb.

İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib. Həmyerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni başa vurub.

Əşrəf Aşırov (79 kq) ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əşrəf təsəlliverici görüşə çıxacaq.

Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan Osman fevralın 18-də bürünc medal uğrunda güləşib. Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayan (10:0) millimizin üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu “tuşe” ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan Manolova da ümidini bürünc medala bağlayıb. Yığmamızın üzvü fevralın 18-də son görüşünə çıxıb. Rumıniyalı

Amina Kapezanı 4:0 hesabıyla məğlub edən Elis bürünc medalı boynundan asıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button