Azərbaycan güləşçilərindən Antalyada daha 4 medal
Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.
Komanda.az xəbər verir ki, ənənəvi yarışın 2-ci günündə güləşçilərimiz 4 medal qazanıblar.
Qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə yer alan Əsmər Cankurtaran isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) isə üçüncü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin