Azərbaycan güləşçiləri xatirə turnirində daha 3 medal qazandılar

Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Komanda.az xəbər verir ki, ənənəvi yarışın dördüncü günündə güləşçilərimiz 3 bürünc medal qazanıblar.

Sərbəst güləşdə 79 kq-da Orxan Abasovla Əşrəf Aşırov, qadın güləşində isə Nigar Mirzəzadə (65 kq) üçüncü yeri tutub.

Azərbaycan güləşçiləri əvvəlki günlərdə daha 7 medal qazanmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button