Azərbaycan güləşçiləri üçün Yakutsk sınağı
Martın 8-dən 10-dək Saxa Respublikasının paytaxtı Yakutskda gənc sərbəst güləşçilər arasında Roman Dmitriev memorialı keçiriləcək.
Komanda.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Vahid Əlizadə (65 kq), Əşrəf Aşurov (70 kq), Abubakr Abakarov (79 kq) və Asxab Həmzətov (92 kq) təmsil edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin