Azərbaycan güləşçiləri üçün Bolqarıstan sınağı

Fevralın 17-də Bolqarıstanın Veliko Tırnovo şəhərində start götürəcək Dan Kolov – Nikola Petrov xatirə turnirində iştirak edəcək Azərbaycanın sərbəst güləş millisinin heyəti bəlli olub.

Komanda.az xəbər verir ki, 4 gün davam edəcək ənənəvi yarışda ölkəni 13 güləşçi təmsil edəcək.

Baş məşqçi Namiq Abdullayevlə böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi 74 kq), Əşrəf Aşırov (79 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (hər ikisi 97 kq) və Rahid Həmidli (125 kq) qüvvəsini sınayacaq.

Qadınların yarışında isə Elis Manolova (65 kq) çıxış edəcək.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Memorialda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button