Azərbaycan güləşçiləri Fransadan üç medalla qayıdır
Fransanın Nitsa şəhərində “qran pri” turniri keçirilib.
Komanda.az xəbər verir ki, qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb. 10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.
Xatırladaq ki, “qran pri”də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin