Azərbaycan güləşçiləri Bolqarıstandakı turniri 3 medalla başa vurublar
Azərbaycanın sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini üç medalla başa vurublar.
Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.
Daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin