Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin tərkibi formalaşıb
Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki ümumi yığıncağı keçirilib.
Komanda.az xəbər verir ki, federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.
Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif oğlu Məmmədov İK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
- Mikayıl Cabbarov – Azərbaycan Güləş Federasiyasının prezidenti
- Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
- Namiq Abdullayev – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
- Fərid Mansurov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
- Vasif Məmmədov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bizi Facebook-da izləyin