Azərbaycan gimnastlarından Portuqaliyada daha 2 medal
Azərbaycan gimnastları Ömər Qasımlı və Əli Niftəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində daha iki medal qazanıblar.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qasımlı qızıl, Niftəliyev isə gümüş medala yiyələnib.
Hər iki idmançı batut gimnastikası üzrə yarışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin