Azərbaycan gimnastlarından Minskdə üçüncü medal
Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi Belarusun paytaxtı Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.
Komanda.az xəbər verir ki, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.
Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.
Qurbanlı – Əl-Məsaihi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin