Azərbaycan gimnastlarından İslamiadada 2 qızıl, 1 gümüş

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın bədii gimnastika komandası da günü qızıl medalla başa vurub.

Belə ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət komanda 4 hərəkətin cəmində 252.300 xal toplayaq İslam Oyunlarının qalibi olub.

Aerobika gimnastikası üzrə komandamız isə gümüş medal qazanıb. Təmsilçilərimiz fərdi, qarışıq cütlük və üçlük proqramlarındakı uğurlu çıxışlarının yekununa əsasən ikinci pillədə qərarlaşıb.

Bu gün həm də bədii gimnastika üzrə təsnifat yarışları başa çatıb. Fərdi proqramda ölkəmizi təmsil edən Zöhrə Ağamirova halqa, lent, gürzlər və topla, İlona Zeynalova lent və gürzlərlə, Alina Gözəlova halqa və topla hərəkətlərin icrasında final mərhələsinə adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button