Azərbaycan gimnastları dünya çempionatınün finalına vəsiqə qazanıb

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.

Komanda.az xəbər verir ki, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü təsnifat mərhələsində 20.050 xalla ikinci olub.

Yaponiya (20.300) birinci, İtaliya (19.900) üçüncü sırada qərarlaşıb.

Dünya çempionatı sentyabrın 29-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button