Azərbaycan gimnastları beynəlxalq turnirdən “qızıl”la qayıtdı

Çexiyanın Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib.

Gənclər və İdman Nazirliyindən Komanda.az-a verilən məlumata görə, 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda Azərbaycanı yığma komandanın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.

Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq, qızıl medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button