
Azərbaycan gimnastları Avropa kubokunda “gümüş” və “bürünc” qazanıb
Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.
Komanda.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə ediblər.
Fərdi gimnast Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal) gümüş medala sahib çıxıb.
Fərdi gimnast Şəms Ağahüseynova lent ilə proqramda (25.299 xal) gümüş medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



