
Azərbaycan gimnastı Monteneqroda qızıl medal qazanıb
Azərbaycanın daha bir bədii gimnastı Zəhra Cəfərova Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Zəhra Cəfərova top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Daha əvvəl Şəms Ağahüseynova qızıl mükafata sahib çıxıb. Yarışa sentyabrın 29-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin