Azərbaycan gimnastı beynəlxalq turnirdə finala çıxıb
Azərbaycan gimnastı Məryəm Topçubaşova Portuqaliyanın Kantanhede şəhərində təşkil olunan 12-ci “Cantanhede” beynəlxalq açıq yarışında uğurlu çıxış edib.
Komanda.az xəbər verir ki, o, aerobika gimnastikası üzrə turnirdə finala vəsiqə qazanıb.
Azərbaycan millisinin 10 idmançı ilə qatıldığı yarış martın 24-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin