Azərbaycan futbolunun 3 yalanı

Rəşad Ergün

Azərbaycan futbolu ilə bağlı insanların gözlərinin içinə baxa-baxa söylənilən 3 yalan:

  1. Eee, əəə, ııı, bilirsüz necədir, uşaq futbolundakı problemlər…”
    Azərbaycanda valideyn problemi var: futbolçu uşağın valideyni, müəllim valideyn, məşqçi valideyn, həkim valideyn, hakim valideyn, taksi sürücüsü valideyn, seçkilərdə saxta bülletenləri qutulara dolduran valideyn və sair və ilaxır.
  2. Əə, niyə oynamırsız, əə, Azərbaycan futboluna milyardlarla pul ayrılır eee!
    Hara ayrılır o pullar? Uşaq məşqçilərinə? İnfrastruktura? Bir-birindən gözəl meydançalara, stadionlara? Pul ayrılır e, amma milyardlarla yox, hətta məmurların çırpışdırdıqlarının yanında qəpik-quruş sayıla bilər.
  3. Qalib xalqın komandası qalib olmalıdır” əttökən yanaşması, yalanı.
    Həmin məntiqlə, biz qalib xalq olmazdan çox-çox əvvəl rüşvətxor xalq kimi tanınmışıq axı. Taa sovet dövründən e.

Bir az utanmaq hissiniz olsun, yoldaşlar, az yalan danışın. Bir az e, tam olmasa da olar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button